İrəvan Rusiya ilə regional kommunikasiyaların açılması üzrə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu məsələ ilə bağlı Moskvaya yazılı müraciət edib.

Baş nazir Ermənistan və Azərbaycan nümayəndələrinin Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirdiyini xatırladaraq qeyd edib ki, ümumilikdə artıq müsbət siqnallar nəzərə çarpır və İrəvan prosesin sürətlənəcəyinə ümid edir:

“Regionda proseslər gedir və onları dayandırmaq olmaz. Ümid edirəm ki, rusiyalı həmkarlarımız gecikməyəcək. Eyni məsələ Axurikdəki əraziyə də aiddir. Əgər hər hansı səbəbdən rusiyalı tərəfdaşlarımız bu investisiyaları həyata keçirmək istəməzlərsə, biz bu sahələri götürəcəyik və hər şeyi özümüz edəcəyik”.

.