İraqdakı “Kataib Hizbullah” qruplaşması ABŞ bazalarına hücum edəcəyini elan edib.
Yenizaman “Al Jazeera“ya istinadən xəbər verir ki, silahlı qruplaşma hərbi bazasına edilən hücuma cavab verəcək.
“Tezliklə ABŞ bazalarına hücumlara başlayacağıq”, - silahlı qruplaşma xəbərdarlıq edib.
Qeyd edək ki, “Kataib Hizbullah” İranın dəstəklədiyi silahlı qruplaşmadır.
.
