İranın xarici siyasətində qonşu ölkələrlə münasibətin inkişafı prioritet məsələdir.

Yenizaman İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin birinci müavini Məhəmməd Reza Aref Qazaxıstana səfəri öncəsi Tehranda Mehrabad Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranın özəl sektorunun qonşu və region ölkələri ilə əlaqələri yaxşılaşdırması planlaşdırılır.

Qeyd edək ki, M.R.Aref Qazaxıstana ikigünlük səfərə yola düşür.

.