İranın Atom Enerjisi Təşkilatı ölkənin nüvə obyektlərinə hücumları təsdiqləyib.

Bu haqda təşkilatın bəyanatında deyilir.

“İsfahan, Natanz və Fordodakı nüvə obyektləri düşmənin hücumuna məruz qalıb", - bəyanatda deyilir.

Təşkilat onu da bildirib ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüququn pozulmasıdır.

.