İranda yaşayan və müxtəlif işlərdə çalışan 220 nəfər Rusiya vətəndaşından ibarət olan qrupun Astara sərhəd-gömrük məntəqəsindən Azərbaycana keçidi başlayıb.

Artıq iyirmiyə yaxın Rusiya vətəndaşı sərhədi keçərək Azərbaycana daxil olub.

Onlar üçün Azərbaycan tərəfindən 2 avtobus ayrılıb ki, bu avtobuslarla onlar birbaşa Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatdırılacaqlar.

Onların təxliyəsi və ünvana çatdırılması üçün bütün lazımı tədbirlər görülüb.

Qeyd edək ki, 2 qrupdan (139-81) ibarət olan Rusiya vətəndaşları uzun müddətdir ki, İran İslam Respublikasında müxtəlif sahələrdə çalışırlar.

.