![](/uploads/img/posts/2024/05/21/50c600bf-3038-3965-8e09-3323050158b1_850jpg-1716292977.jpg)
İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.
“Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.
.