İran Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İran İslam Respublikası Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edir və ölkəyə inkişaf və rifah, eləcə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini arzulayır", - paylaşımda bildirilib.

.