
Ani hücumla qarşılaşdıq, ABŞ İranın nüvə obyektlərinə zərbə endirib.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Abbas Araqçi bildirib ki, Tehran Ən güclü şəkildə bu hücumu qınayır: “Bu, beynəlxalq hüququn pozulmasıdır. Bu hücum bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarış yönəlib. İran heç vaxt suverenliyindən vaz keçməyəcək, suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. İranı İsrailin hücumlarından da qoruyacağıq. Atam Enerjisi üzrə Beynəlxalaq Agentlik də buna reaksiya verməlidir. BMT Təhlükəsizlik Şurası ABŞ-ı qınamalıdır”.
Abbas Araqçi ABŞ-ı diplomatiyaya xəyanətdə ittiham edib
Diplomatik danışıqlar davam etdiyi bir müddətdə diplomatiyaya xəyanət edən ABŞ-dır.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Abbas Araqçi bildirib ki, İranın ABŞ-ın özünü hücumdan qorumaq hüququ var: “İran təhlükəsizliyini və xalqını qorumaq üçün hər cür tədbir görəcək”.
Diplomatiya üçün nə qədər imkanlar qaldığını artıq bilmirəm
ABŞ-ın hava zərbələri nəticəsində nüvə obyektlərinə nə dərəcədə ziyan dəydiyi barədə hələ ki, dəqiq məlumatım yoxdur.
Bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.
Abbas Araqçi bildirib ki, istənilən halda ABŞ-ın hücumu beynəlxalq hüququn pozulmasıdır: “Dəyən zərərdən asılı olmayaraq, istənilən halda bir nüvə obyektinə hücum beynəlxalq hüququn pozulmasıdır və bu, qınanmalıdır. Biz dünən İsrailin hücumlarını və bu hücumların necə dayandırılmasını müzakirə edirdik. Diplomatik kanallar həmişə açıq olmalıdır. Ancaq indi biz hücumla üzləşirik və biz buna cavab verməliyik. Biz bu hücumlara cavab verəcəyik”.
İranın xarici işlər naziri qeyd edib ki, İsrailin hücumundan əvvəl də Tehran Vaşinqton arasında nüvə məsələsi ilə bağlı müzakirə aparılırdı: “İndiyə qədər bir çox qırmızı cizgiləri keçmişdilər. Ən sonuncusu və təhlükəlisi isə dünən axşam oldu. Mən diplomatiya üçün nə qədər imkanlar qaldığını artıq bilmirəm. Diplomatiya üçün nə qədər imkan qaldığına baxacağıq ”.
İran ABŞ-nin hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib.
A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.
Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.
Abbas Araqçi Rusiyaya səfər edəcək
İranın xarici işlər naziri Abbas Araqçi bu gün Rusiyaya səfər edəcək.
Bu barədə o, İstanbulda mətbuat konfransında deyib.
Araqçi bu gün günortadan sonra Moskvaya gedəcəyini, bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüşərək ABŞ hücumlarından sonra son vəziyyəti müzakirə edəcəyini bildirib.