Aktual.az İran mediasına istinadən xəbər verir ki, İranın energetika naziri Həmid Çitçiyan və Rusiyanın energetika naziri Aleksander Novak Tehranda keçirdikləri görüşdə yeni saziş layihəsi ilə bağlı razılığa gəliblər. Razılaşmaya əsasən, İranda elektrik stansiyalarının modernizasiyası, həmçinin yeni elektrik stansiyalarının inşası nəzərdə tutulur.
Aleksander Novak bildirib ki, Rusiya və İran Azərbaycan vasitəsilə öz elektrik şəbəkələrini birləşdirmək niyyətindədir ki, 500 meqavat həcmində elektrik enerjisini İrana göndərə bilsin. Bu barədə əməkdaşlıq anlaşmasının ilkin mətninin hazırlandığını deyən Rusiyanın energetika naziri yaxın gələcəkdə həmçinin İranda su elektrik stansiyasının inşası üçün texniki danışıqlara başlayacaqlarını da bildirib.
.
