İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.

Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bütün beynəlxalq öhdəliklərə zidd olan hücum İsrailin mahiyyətini təsdiqləyir:

"Əlbəttə İran xalqı və ölkə rəhbərliyi susmayacaq və İranın qanuni və güclü cavabı onları bu hərəkətinə peşman edəcək. Bayraq bir sərkərdənin əlindən düşərsə, başqa bir sərkərdə onu qaldırıb meydana girər. İran dünya və regionda sülh və əmin-amanlıq üçün bütün səylərini göstərdiyi və sülhsevərlik istiqamətində uzunmüddətli danışıqlara və dünyaya etimad yaratmağa tam hazır olduğunu sübut etdiyi qədər hücuma cavab vermək və ölkənin bütövlüyünü qanuni müdafiə etmək üçün də qətiyyətlə hərəkət edəcək”.

.