
İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt"ə riayət etmir.
Yenizaman “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq.
M.Qalibaf deyib ki, müxtəlif millətlərdən və cərəyanlardan ibarət olan İran xalqı düşmənə qarşı birləşib və Silahlı Qüvvələri dəstəkləyib.
İran parlamentinin sədrinin qənaətincə, İsrail İslam Respublikasındakı agentləri vasitəsilə ölkə daxilinə zərbələr endirir: “İsrail hücumu təkcə xaricdən deyil, həm də İran daxilindən həyata keçirilir. İrana qarşı əməliyyatların əhəmiyyətli hissəsi birbaşa hərbi zərbələri şəklində deyil, daxili təxribatlar vasitəsilə reallaşır".
.