
İran nüvə proqramı ilə bağlı regional gərginliyin artması fonunda yeni irimiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib.
O qeyd edib ki, “təlimlərin məqsədi ordunun çəkindirmə gücünü artırmaq və onların döyüş hazırlığını ciddi şəkildə qiymətləndirməkdir”.
Təlimlər ABŞ mətbuatında İsrailin nüvə proqramı ilə bağlı İrana qarşı hərbi əməliyyatlar planlaşdırdığına dair xəbərlərin yayılması fonunda keçirilir.
Qeyd edək ki, daha əvvəl CBS telekanalı məlumat yayıb ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə məlumat alıblar.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, “Vaşinqtonun ölkənin İraqdakı səfirliyinin əməkdaşlarının bir qismini və Yaxın Şərqdən olan hərbçilərin ailə üzvlərini ABŞ-a qaytarması mümkün təhlükə ilə əlaqədardır.”
.