İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.

 Kanal 12-nin məlumatına görə Beerşeba şəhərinə düşən raket 7 mərtəbəli binaya çırpılıb.

Raketin düşməsi nəticəsində ölənlərin olduğu, bir neçə nəfərin də yaralandığı bildirilir.

İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.

Hücumun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.

ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəsin bir neçə saatdan sonra başlayacağı gözlənilir.

.