Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabi Davamlı İnkişaf Həftəsi çərçivəsində keçirilən "Orta Dəhliz – Avropa və Asiyanı Enerji Vasitəsilə Birləşdirən" panel müzakirəsində Avropaya inteqrasiyanın Gürcüstanın siyasi gündəliyinin ayrılmaz hissəsi olduğunu bəyan edib.
Baş nazir Gürcüstanın Avropa İttifaqının tamhüquqlu üzvü olacağı və bu məqsədə çatmaq üçün Assosiasiya Sazişi və onun müddəalarına tam əməl olunacağını göstərildiyini vurğulayıb:
"Biz Assosiasiya Sazişini, Assosiasiya Gündəliyini izləyəcəyik və Assosiasiya Sazişinin müddəalarına qətiyyətlə əməl edəcəyik. Bu baxımdan davamlı islahatlar həyata keçiriləcək", – deyə İ.Kobaxidze əlavə edib.
Onun sözlərinə görə, Avropaya inteqrasiya Gürcüstanın uzunmüddətli siyasi və iqtisadi prioritetlərini gücləndirən əsas strateji hədəfdir.
.
