Simone İnzaqinin “İnter”dəki taleyinə aydınlıq gəlib.

İtaliya klubu baş məşqçisi ilə müqaviləmi uzatmağa qərar verib.

Klub rəhbərliyi 47 yaşlı mütəxəssisin işindən və əldə olunan nəticələrdən razıdır. Bu üzdən İnzaqiyə yeni müqavilə təklif olunacaq.

Yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulacaq. Mütəxəssisin indiki müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.

Qeyd edək ki, 35 turdan sonra A seriyasında 3-cü olan “İnter” Çempionlar Liqasında finala yüksəlib. Milanlılar iyunun 10-da “Mançester Siti” ilə qarşılaşacaq.

.