Yenidən öz fəaliyyətimi davam etdirəcəyəm”.

APA-nın məlumatına görə, bunu bu gün azadlığa buraxılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev deyib.
O həmçinin hüquq müdafiə təşkilatlarına təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun İ. Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.
Plenum kassasiya protestini təmin edib.
.