İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub.
Bu barədə yanvarın 1-də assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, İndoneziya daha əvvəl üzvlük üçün müraciət etmişdi.
Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
.