Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da möhkəmlənməsinə ümid edir.
Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”, - paylaşımda qeyd edilib.
Gürcüstanın Bakıdakı səfirliyi də təbriklərə qoşulub. Bu ölkənin diplomatik nümayəndəliyi feysbuk sosial şəbəkəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, sülh, firavanlıq və uğurlar arzulayıb: “Ölkələrimiz arasında əsrlər boyu formalaşmış mehriban qonşuluq və dostluq münasibətləri, strateji tərəfdaşlıq Gürcüstan üçün çox dəyərlidir. Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq və sıx əlaqələr bundan sonra da iki ölkə xalqlarının rifahı üçün uğurla inkişaf edəcək”.
.