Prezident İlham Əliyev 27-si sentyabrdan bu günə qədər Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının bir hissəsinin siyahısını açıqlayıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb: “Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda? Piyadaların döyüş maşını 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. 79 dənə. Müxtəlif çaplı toplar: 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Toplam 106. Toplar toplam 275. Tank əleyhinə vasitə: 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. “Uraqan” 2-si, “YARS” (Yaylım Atəşli Raket Sistemləri) 2-si, “TOS” 1-i məhv edilib. Zenit raket kompleksləri Tor 4-ü, OSA 40-a yaxını, KUB 4-ü, Kruq 1-ü, 2 ədəd S-125 qurğusu məhv edilib.

S-300 - ən bahalı qurğularından biri - 6-sı məhv edilib. 6 atıcı qurğusu məhv edilib. 1 aşkaretmə stansiyası, 1 lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri “Elbrus” 2-si məhv edilib, “Toçka U” 1-i məhv edilib. 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.
 

.