Nazirlər Kabineti “Fiziki və hüquqi şəxslərə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların Siyahısı, habelə onların saxlanılmasına, mühafizəsinə və istifadəsinə dair Tələblər”də dəyişiklik edib.
Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə bu sahədə yeni səlahiyyət verilib.
Fiziki və hüquqi şəxslər qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanları saxladıqda, mühafizə və istifadə etdikdə vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların məhv olmaq təhlükəsi yarandıqda və tərəf olması hallarında dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməli, xəstəliklərin profilaktikası və ləğv üzrə kompleks tədbirləri həyata keçirməlidir.
.