İran sahillərində Hörmüz boğazı yaxınlığında üç gəmi yanır.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.

Yanan gəmilər Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas marşrutun keçdiyi Hörmüz boğazının yaxınlığındadır.

Televiziya kanalı hadisənin səbəblərini açıqlamır. İsrailin İranın ərazi sularındakı gəmilərə zərbə endirməsi barədə məlumat daxil olmayıb.

Eyni zamanda, “Neftegaz.ru”nun məlumatına görə, rəsmi olaraq hazırda yalnız “Adalynn” tankerində baş verən hadisə təsdiqlənib. Gəmi Xaur-Fakkan limanının cənubunda Fuceyra limanının lövbər dayanacağında olub. BƏƏ Milli Qvardiyasının Sahil Mühafizə bölməsi iyunun 17-də “Adalynn” tankerinin 24 heyət üzvünün xilas edildiyini və təxliyə olunaraq Xaur-Fakkan limanına çatdırıldığını bildirib.

.