Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını təqdim edəcəyi vaxt məlum olub.

Parlamentdəki mənbədən verilən məlumata görə, hesabat martın 16-da təqdim olunacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında hökumətin fəaliyyəti haqqında hesabat verməlidir.

.