Abşeron rayonunun Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yenizaman bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsidir.

.