Hindistanın şimalında və şərqində son 24 saat ərzində istilər səbəbindən ölənlərin sayı 85-ə çatıb.

Yenizaman Hindistan KİV-nə istinadən xəbər verir ki, isti ən çox Odişa, Bihar, Carkhand, Racastan və Uttar Pradeş ştatlarında qeydə alınıb.

Məlumata görə, ən çox ölüm halı Odişadadır. Hindistanın şərq sahilində yerləşən bu ştatda 46 nəfər istilərin qurban olub, onlarla insan xəstəxanaya yerləşdirilib. Yerli hakimiyyət orqanları istidən və bununla bağlı problemlərdən əziyyət çəkənləri müalicə etmək üçün hər xəstəxanada altı çarpayı ayırmağı əmr edib.

Biharda azı 16 itki var, onlarla insan xəstəxanaya yerləşdirilib. Uttar Pradeş ştatında 15 nəfər, Carkhand və Racasthan ştatlarının hər birində isə 4 nəfər ölüb.

.