"Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini göstərir".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimizə həmsədrlər tərəfindən illərdir laqeyd yanaşılıb.

.