“Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Hikmət Hacıyev: “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb”

“Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Hikmət Hacıyev: “Ermənistanın Gəncədəki mülki şəxslərə raket hücumu zəifliyin və çarəsizliyin göstəricisidir”

Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlubiyyəti qarşısında zəifliyi və çarəsizliyinin göstəricisidir. Bu, dinc insanlara qarşı qəsdən və necə gəldi raket hücumudur”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Prezidentin köməkçisi: “Mülki şəxslərə qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.


 

 

.