ATƏT Minsk Qrupu həmsədrləri növbəti həftə regiona gəlirlər.
Bu barədə Avropa.info-ya açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onun sözlərinə görə, həmsədrlər növbəti həftənin əvvəlində gələcəklər. Həmədrlərin səfəri bu dəfə Azərbaycandan başlayacaq və burada dövlət rəhbərliyi ilə görüşlər keçirəcək. Keçiriləcək görüşdə Qarabağ münaqişəsi ətrafında yaranmış mövcud durum və münaqişənin sülh yolu ilə həlli perspektivləri istiqamətində müzakirələr aparılacaq. Onlar Bakıdan Ermənistana gedəcək.
.
