HDP-li millət vəkili Pervin Buldanın saxlanma qərarı yalan çıxıb.
AzNews.az Türkiyənin "Sabah” qəzetinə istinadən xəbər verir ki, Buldan ona təqdim olunan bildirişi "həbs qərarı” kimi ictimaiyyətə çatdırıb. Sosial şəbəkədə saxlanıldığını yazan Buldanın yalan dediyi, evinə gələn polisin ona məhkəməyə çağrılması barədə bildiriş verdiyi, özünün daha sonra ifadə vermək üçün ədliyyəyə getdiyi məlum olub.
***
11:16
"Xalqların Demokratik Partiyası”nın (HDP) millət vəkili və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Pervin Buldan saxlanılıb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Buldan terror əməliyyatı çərçivəsində saxlanılaraq polis idarəsinə aparılıb.
Bundan əvvəl HDP-yə yönəlmiş istintaq zamanı HDP həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ da daxil olmaqla 9 deputat həbs olunub.
