Ya müharibənin davam etməsinə göz yumacağıq, ya da bu ilin sonuna qədər daimi sülhə gələcəyik, üçüncüsü yoxdur.

Bunu Kiyevdə səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan, Ukraynadan olan həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqların potensialından sülhə doğru istifadə edə bilər:

"Artıq Moskvaya səfərimiin təfərrüatlarını bölüşmüşəm və bu gün günortadan sonra Prezident Zelenski, Prezident Ofisinin rəhbəri Yermak və müdafiə naziri Umerovla görüşəcəyik" - deyə, o, əlavə edib.

.