"Türkiyə Aİ-də tam üzvlük perspektivinə dəstək versə də, Aİ tərəfindən bunu görmürük”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

“Türkiyə 2008-2010-cu illərdə Aİ-yə tam üzv olsaydı, bu gün necə Aİ görə bilərdi? Bu cür suallar çoxdur. Aİ-də isə bu illər ərzində Türkiyə tamhüquqlu üzv olmasın deyə cəhdlər davam etdi. Hazırda 27 ölkəli Aİ-də Türkiyə ilə əlaqəli mövzular kiçik texniki səbəblərlə gecikdirilir. Türkiyə-Aİ üzvlüyündə ortaya çıxarılan kiçik əngəllər böyük stratejik nailiyyətlərə mane olur”,-deyə nazir əlavə edib.
 

.