Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb.
TRT Haber xəbər verir ki, Əhməd Şəranın açıqlamalarında diqqət çəkən məqamlar bunlardır:
“Nazir Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə gedib, yeni administrasiyasının rəhbəri ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi görüşdən foto yayaraq məlumat verib.
Bildirilir ki, nazir Fidan Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb.
.