“Səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb.

Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonun sel sularının yaratdığı fəsadla əlaqədar açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib: “Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

.