Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana səfərə gəlib.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Gela Geladze səfər çərçivəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ilə görüş keçirəcək.

Tərəflər hüquq-mühafizə sahəsində iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavini Aleksandre Daraxvelidze və Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadze daxildir.

 

 

.