
Gürcüstanda bugündən xarici agentlər haqqında qanun qüvvəyə minib.
Yenizaman bu barədə Gürcüstan KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, qanunda 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qanun həm təşkilatlar, həm də fiziki şəxslər üçün keçərlidir. Normativ akt Gürcüstanın qanunverici bülleteni portalında dərc olunduqdan 60 gün sonra qüvvəyə minib.
Qanunun həyata keçirilməsinə Gürcüstanın Korrupsiya ilə mübarizə Bürosu nəzarət edəcək. Qanunda xarici dövlətin maraqlarına xidmət edən və ya ölkə xaricindən maliyyələşən təşkilatların və ya fiziki şəxslərin xarici agent kimi tanınması nəzərdə tutulur. Qanun bu yöndə fəaliyyət göstərən KİV-ə də şamil olunur.
.