Gürcüstanda ölkənin Avropa İttifaqı və NATO-ya üzv olması ilə bağlı plebisitin (rəy sorğusu) keçirilməsi təklif olunur.
Bu təşəbbüslə “Gürcü yığıncağı” siyasi birliyi çıxış edib.
Təşkilatın üzvləri təşəbbüsü Gürcüstanın hökumət administrasiyasına təqdim ediblər.
“Gürcü yığıncağı”nın lideri Condi Baqaturiya bildirib ki, Aİ və NATO-ya qoşulmaqla bağlı qərarı gürcü xalqı qəbul etməlidir.
“Ukraynanın NATO-ya daxil olmaq səylərinin hansı nəticələrə gətirib çıxardığını gördük. Avropa İttifaqı və NATO-nun Gürcüstanın loyallığı və son 35 ildə verdiyi qurbanlara görə “minnətdarlığını” da müşahidə etdik. Buna uyğun olaraq, Avropa İttifaqı və NATO-ya qoşulmaq istəyib-istəmədiyinə gürcü xalqı qərar verməlidir”, - o əlavə edib.
.
