Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 30-da Ermənistana rəsmi səfər edəcək.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, xarici siyasət idarəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq.

Danışıqlardan sonra Mirzoyan və Boçorişvilinin birgə mətbuat konfransı keçiriləcək.

.