Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.
Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.
.