Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Azərbaycanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda deyilir: "GUAM Katibliyi Azərbaycan Respublikasını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir!"
.