Goranboydakı etibarlı mənbələrdən musavat.coma verilən məlumata görə, rayonun icra başçısı Nizaməddin Quliyev bu gün işdə olub. Səhər saatlarında N.Quliyev icra hakimiyyətinin binasında olub, həmişəki qrafiklə işə gəlib, iclas keçirib və kabinetdə olub.
Amma yerli mənbələr axşama tərəf onu işdə olub-olmadığı haqda heç bir məlumata malik olmadıqlarını deyirlər. Mənbə bildirir ki, gəzən söz-səhbətə görə, iki gün öncə N.Quliyev rüşvət alarkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Xatırladaq ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunması haqda məlumat yayılıb. Axar.az-ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq. Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla Qaynar.info saytı yayıb.
N.Quliyevin adı son vaxtlar əslən Gotanboydan olan iş adamı Müqayis Verdiyevlə konfliktə hallanır. İş adamı "Yeni Müsavat”a yolladığı silsilə məktublarda bildirir ki, onun həbsini N.Quliyev sifariş edib. Bununla bağlı iş adamının yaxınları icra başçısının Baş Prokurorluğa məktubunu yaymışdılar. Aprelin 18-də isə M.Verdiyevin baş prokuror Zakir Qaralova müraciəti yayılıb.
Müraciətdə Goranboy rayon icra başçısını və onun müavinini, həmçinin rayonda abadlıq işlərini həyata keçirən və N.Quliyevin oğlu Ramal Quliyevə məxsus olduğu deyilən "Fəqan-Xidmət” şirkəti korrupsiyada ittiham olunur. M.Verdiyev baş prokurordan xahiş edir ki, icra strukturu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən yoxlanılsın.

***

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifədən azad olunub. "Axar.az"ın məlumatına görə, Nizaməddin Quliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalanıb və yaxın dəqiqələrdə elan olunacaq. Qeyd edək ki, xəbəri ilk olaraq yerli mənbələrə istinadla "Qaynar.info" saytı yayıb. Xatırladaq ki, bu gün iş adamı Müqayis Verdiyevin Baş prokurora müraciəti yayılıb. Müraciətdə Goranboy rayon icra başçısını korrupsiyada ittiham edən iş adamı bu icra strukturunun Antikorrupsiya idarəsi tərəfindən yoxlanılmasını istəyir.
.