Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Gülnar Xəilova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın əməliyyat edilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə 28 yaşlı G. Xəlilovanı mühabisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki məsələ ilə bağlı Goranboy RPŞ-də araşdırma aparılır, tezliklə əlavə məlumat veriləcək.
.