
Yanvarın 16-da saat 04:30 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
"Dəqiqləşdirilməmiş sirkə turşusundan zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.
.