2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.

Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqüında” qanun layihəsində əksini tapıb.

Növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcək. Bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Gələn ildə dövlət büdcəsindən icbari tibbi sığorta üçün ayrılacaq vəsait müəyyən olunub

2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları), yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020- ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi (8000,0 manatdan yuxarı əməkhaqlarından 0,5 faizi) həcmində icbari tibbi sığorta haqqı ödənilməlidir.

Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat (Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla) məbləğdə vəsait nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsində qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340,0 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da hər bir məcburi köçkün ailəsinə orta hesabla ayda 270 manat məbləğində vəsaitin müavinət şəklində ödənilməsi deməkdir.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsindən koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə vəsait ayrılacaq

Koornavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.

.