Gələn il rəsmiləşən tələbə kreditlərinin sayı 60 minə çatacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Təhsil Tələbə krediti Fondunda artıq 44 mindən çox kredit rəsmiləşib. Gələn il rəsmiləşən kreditlərin sayı 60 minə çatacaq”, - deyə nazir bildirib.
.