Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Arıqıran kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü A.Nuhov bıçaq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım edilib, daha sonra Gəncədə yerləşən özəl klinikalardan birinə aparılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşların keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1995-ci il təvəllüdlü Zöhrab Məmmədov saxlanılıb. Araşdırmalar davam etdirilir.
 

.