G7 ölkələri qlobal qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə 4,5 milyard dollar ayıracaq.

BBC-in xəbərinə görə, razılıq G7 Sammitində əldə edilib. Bununla da qlobal ərzaq təhlükəsizliyi üçün bu il ayrılan məbləğ 14 milyard dollara çatacaq.

Liderlər həmçinin, bütün ölkələri qida qiymətlərinin daha da artmaması üçün həddən artıq ərzaq ehtiyatı yığmamağa çağırıb.

G7 liderləri Rusiyanı Ukraynanın Qara dənizi limanlarının blokadasını dayandırmağa və taxılın qanunsuz mənimsənilməsinə son verməyə çağırıb.

Qeyd edək ki, artan yanacaq qiymətləri, COVID-19 pandemiyası və Ukraynada müharibənin qlobal ərzaq böhranına səbəb ola biləcəyi gözlənilir.

.