Böyük Yeddilik Qrupuna (G7) üzv dövlətlər qlobal infrastrukturun inkişafı proqramına başlayır.

Ağ Evin mətbuat xidməti xəbər verir ki, G7 yoxsul ölkələrin infrastrukturuna 600 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Açıqlanan memorandumda deyilir ki, G7 liderləri rəsmi olaraq inkişaf etməkdə olan ölkələrdə infrastruktur boşluqlarını aradan qaldırmaq, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini gücləndirmək və ABŞ-ın milli təhlükəsizlik maraqlarını inkişaf etdirmək üçün təməlqoyma layihələrini həyata keçirəcək qlobal infrastruktur və investisiya tərəfdaşlığına başlayırlar.

G7-yə üzv dövlətlər 2027-ci ilə qədər qlobal infrastruktura 600 milyard dollar cəlb etməyi planlaşdırırlar.

“Bu yalnız başlanğıcdı. Birləşmiş Ştatlar və onun G7 tərəfdaşları digər həmfikir tərəfdaşlardan, banklardan, inkişaf maliyyə institutlarından, ictimai sərvət fondlarından və s. əlavə kapitalı səfərbər etməyə çalışacaqlar”, - deyə Ağ Evdən bildirilib.

.