Fransa hökuməti "sarı jiletlilər"in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.
Bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.
"Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək", - deyə BFMTV Makronun sözlərini sitat gətirib.
Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
"Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır", - deyə o qeyd edib.
Ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.
.
