Ukraynanın Aİ-yə üzvlüyü proseduru sürətli olmayacaq.

Bu barədə Europe 1 radiostansiyasına müsahibə verən Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon söyləyib.

O, Ukraynanın iyunun 23-ü və ya 24-ü Avropa İttifaqına üzvlüyə namizədlik statusu alacağını əlavə edib.

Bon Kiyevin tam üzvlüyü prosedurunun sürətli olmayacağını və hər hansı istisnaların edilməyəcəyini də qeyd edib.

.