Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb.
Yenizaman“Reuters“ə istinadən xəbər verir ki, axtarış alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.
Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.
İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması üzrə iddiaları da araşdırır.
Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.
“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər.
.
