Fransa prezidenti Fransua Olland bu il mayın 11-12-də Azərbaycanda səfərdə olacaq.
F.Olland Cənubi Qafqaza səfərinə məhz Azərbaycandan başlayacaq.
F.Olland Bakıya mayın 11-də gələcək. Onu bir sıra iri Fransa şirkətlərinin nümayəndələrinin də daxil olduğu geniş nümayəndə heyəti müşayiət edəcək. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq.
F.Olland daha sonra Ermənistana və Gürcüstana səfər edəcək.
.
